Tenqri
Ana Səhifə
Dünya

Vance təqaüdə çıxa bilər

ABŞ-ın vitse-prezidenti J.D.Vens 2028-ci il prezident seçkilərindən imtina etməyi düşünür. Bu barədə mənbələrə istinadən Daily Mail məlumat yayıb Nəşrin həmsöhbətlərinin sözlərinə görə, milli kəşfiyyatın rəhbəri Tulsi Qabbardın istefa qərarından sonra vitse-prezident özünü xarici siyasət məsələlər

0 baxışhaqqin.az
Vance təqaüdə çıxa bilər
Paylaş:

ABŞ-ın vitse-prezidenti J.D.Vens 2028-ci il prezident seçkilərindən imtina etməyi düşünür. Bu barədə mənbələrə istinadən Daily Mail məlumat yayıb Nəşrin həmsöhbətlərinin sözlərinə görə, milli kəşfiyyatın rəhbəri Tulsi Qabbardın istefa qərarından sonra vitse-prezident özünü xarici siyasət məsələlərində təcrid vəziyyətində hiss edib. Mənbələrə görə, Vens ABŞ prezidenti Donald Trampın administrasiyasında yeganə “göyərçin” olaraq qalır Nəşr yazır ki, bunun fonunda dövlət katibi Marko Rubionun təsiri artır. Daily Mail mənbələrinin məlumatına görə, Dövlət Departamentinin rəhbəri hazırda Vaşinqtonun xarici siyasətinin müəyyən edilməsində əsas rol oynayır Mayın 12-də ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D.Vans və dövlət katibi Marko Rubionu Respublikaçılar Partiyasının 2028-ci il seçkiləri üçün namizədlərin “ideal komandası” adlandırıb. Tramp isə kimi prezident kimi gördüyünü açıqlamayıb. Aprelin sonunda “Politico” mənbələrə istinadən yazıb ki, Donald Trampın bəzi tərəfdaşları dövlət katibi Marko Rubionu ABŞ prezidentliyinə “ciddi namizəd” kimi daha çox görürlər Martda keçirilən sorğulara görə, Marko Rubionun reytinqi keçən ildən 33% artıb, J.D.Vansın reytinqi isə 8% azalıb. Bununla belə, Vans hələ də 53% respondentin dəstəyi ilə potensial rəqibinə 26% liderlik edir

Kaynak: haqqin.az

Diğer Haberler