Macarıstan Azərbaycanla mədəni dialoqu gücləndirir - Səfir
Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətləri yüksək səviyyədədir Day.Az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yozsef Torma Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib Səfir qeyd edib ki, Macarıstan Azərbaycanla mədəni əlaqələrin

Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətləri yüksək səviyyədədir Day.Az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yozsef Torma Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib Səfir qeyd edib ki, Macarıstan Azərbaycanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyəti davam etdirir "Macarıstanla Azərbaycan arasında çox dostluq əlaqələri var. Biz bu əlaqələri saxlayırıq və həm də Azərbaycanı Macarıstan mədəniyyəti ilə tanış etməyə çalışırıq. Bu məqsədlə Gəncə şəhərinə gəlmişik. Burada olmaqdan çox şadam. Gəncə Azərbaycanın ikinci ən böyük, tarixi şəhəridir. Bundan əlavə, biz Nizami Gəncəvinin vətənindəyik. Macarıstan mədəniyyətinin burada təmsil olunması bizim üçün böyük qürurdur" Diplomat EuroVillage çərçivəsində Macarıstanın milli mədəni irs nümunələrinin də nümayiş etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, tədbirdə Macarıstanın milli ornamentləri və xüsusi texnika ilə hazırlanmış bəzək əşyaları təqdim olunub Səfir qeyd edib ki, bu bəzəklər xırda daşların xüsusi şəkildə birləşdirilərək yaradılıb və Macarıstanın milli folklor simvollarını əks etdirir "Macarıstandan iki xalq artisti Beatrix və Sidonia Hanembos bu tədbir üçün Gəncəyə gəliblər. Biz Macarıstanı EuroVillage festivalında təmsil etməkdən və Gəncədə olmaqdan məmnunuq", - diplomat əlavə edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin