Tenqri
Ana Səhifə
Dünya

Venesuela liderinin Türkiyə səfəri – Latın Amerikasında möhkəmlənmək üçün yeni fürsət - ŞƏRH

Hakimiyyət dəyişikliyinə baxmayaraq, Türkiyə ilə Venesuela arasında əlaqələr davam edir. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu Latın Amerikası ölkəsinin Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes İstanbulda işgüzar səfərdə olub Liderlər arasında təkbətək görüşdə

0 baxışreport.az
Venesuela liderinin Türkiyə səfəri – Latın Amerikasında möhkəmlənmək üçün yeni fürsət - ŞƏRH
Paylaş:

Hakimiyyət dəyişikliyinə baxmayaraq, Türkiyə ilə Venesuela arasında əlaqələr davam edir. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu Latın Amerikası ölkəsinin Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes İstanbulda işgüzar səfərdə olub Liderlər arasında təkbətək görüşdə dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin üç milyard dollara yüksəltmək niyyətində olduqlarını bildiriblər. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə təxminən 665 milyon dollar olan ticarət həcmi 2025-ci ildə 406 milyon dollara düşüb. Bunun səbəblərindən biri kimi Venesueladakı siyasi vəziyyət göstərilə bilər. Çünki ötən il ABŞ-nin bu ölkəyə qarşı sanksiyaları onun xarici ticarət əlaqələrinə təsirsiz ötüşməyib Prezident Ərdoğan qonaqla keçirdiyi görüşdə ölkəsinin hər zaman Venesuela xalqının yanında olduğunu söyləyərək, Türkiyə ilə Venesuelanın ticarət, enerji və mədənçilik sahələri başda olmaqla bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə qərarlı olduqlarını vurğulayıb Delsi Rodriqes də Venesuelanın sahib olduğu sərvətlərin tədarükü, ixracatını daha da şaxələndirmək, xalqının dürüst və zəhmətkeş olduğunu göstərmək istədiklərini bildirib Ankara-Karakas əlaqələri yeni deyil. İki ölkə arasında diplomatik münasibətlər 1950-ci ildə qurulub. Rəcəb Tayyib Ərdoğan 2018-ci ilin iyulunda Nikolas Maduronun Prezident səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılıb. Elə həmin ilin dekabrında Türkiyə Prezidenti Karakasa bir daha səfər edib Siyasi-diplomatik münasibətlərlə yanaşı, tərəflər arasında ticarət əlaqələri də inkişaf edib. Türkiyə Venesueladan əsasən emal olunmamış qızıl, xam neft, dəmir-polad, alüminium və müxtəlif üzvi kimyəvi maddələr, tənbəki, quru paxlalılar, karbon və sıfır gömrüklə idxal edilən süd tozu, pendir kimi kənd təsərrüfatı məhsulları tədarük edir Bu sahələr üzrə əməkdaşlıqda ən böyük payı xam neft və qızıl idxalı tutur. İki ölkə arasında son illərdə Ticarətin İnkişaf Etdirilməsi Sazişi çərçivəsində bir çox sənaye və kənd təsərrüfatı məhsullarında gömrük vergiləri böyük həcmdə ləğv edilib və ya endirimlə tariflər üzrə razılaşma imzalanıb. Bəhs etdiyimiz sənədə əsasən, Türkiyə və Venesuela tariflərin 91,9 faizində gömrük vergilərinin 7 il müddətinə sıfırlanması və ya endirilməsi öhdəliyi götürülüb Türkiyə isə Venesuelaya əsas qida məhsulları, təmizlik və gigiyena məhsulları başda olmaqla müxtəlif istehlak malları - buğda unu, makaron və duru yağ, sabun, uşaq bezi, toxuculuq, çeşidli gündəlik tələbat malları ixrac edir 2018-ci ilin sonuna qədər Venesuela torpaqlarının təxminən dörd milyon hektarı Türkiyənin aqrar-sənaye şirkətlərinin istifadəsinə verilib Son zamanlarda Venesuelada baş vermiş hakimiyyət dəyişikliyi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə təkan verə bilər. Çünki bu hadisədən sonra ölkəyə tətbiq edilən bir sıra sanksiyalar aradan qalxıb. Bu isə onun Türkiyə ilə də əlaqələrinin güclənməsinə yardım edə bilər Odur ki, yaxın gələcəkdə Türkiyə ilə Venesuela arasında energetika, xüsusən xam neftlə bağlı ticarət əlaqələrinin artacağı ehtimalı çoxdur Düzdür, rəsmi Ankara Nikolas Maduronun hakimiyyəti illərində ona və ölkəsinə tətbiq edilən sanksiyalara qoşulmayıb. Əksinə, Venesuelanı beynəlxalq hüquq çərçivəsində dəstəkləyib Bu kimi hallar rəsmi Karakasın Türkiyəyə etibarlı tərəfdaş kimi yanaşmasına da təsirsiz ötüşməyib. Venesuela Türkiyənin çox sıx siyasi və enerji alyansı qurduğu ölkədir Bir sıra göstəricilərinə görə Türkiyə və Venesuela əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək üçün uyğun sayılır Türkiyə neft və qaz ehtiyatları zəngin olan Yaxın Şərqin mühüm dövlətidir. Bu baxımdan Venesuela üçün Türkiyə bazar, etibarlı tərəfdaş sayılır. Nəzərə almaq lazımdır ki, Türkiyənin neft-qazın tədarükü, hasilatı, nəqli sahəsində böyük təcrübəsi var. Bu baxımdan perspektivdə Venesuela neft və təbii qazın ixracatının şaxələndirilməsində onun imkanlarından yararlana bilər Türkiyə Cənubi Qafqazda və Mərkəzi Asiyada da nüfuza malikdir. Bu səbəbdən də Ankara yeni etibarlı tərəfdaşlarla əlaqələrin qurulmasında Karakasa yardımçı ola bilər Türkiyə İslam dünyasının da aparıcı ölkələrindəndir. Bu baxımdan, müsəlman dünyası ilə əlaqələrin inkişafına töhfə vermək baxımından Venesuela üçün etibarlı zəmanətçi ola bilər Türkiyə ABŞ başda olmaqla qərb blokunun NATO-da strateji tərəfdaşıdır. Bu, Venesuelaya hərbi sahədə əməkdaşlıq üçün əlavə imkan yaradar Türkiyənin qlobal miqyasda nüfuzu və müxtəlif münaqişələrdə tutduğu barışdırıcı mövqe onu bu ölkə üçün cəlbedici edə bilər Türkiyənin Qərb, Çin başda olmaqla həm də Şərqlə münasibətləri yüksək səviyyədədir. Bu, Karakasa Ankara ilə əməkdaşlığı inkişaf etdirmək üçün optimal şərait yaradır Bunlar Venesuela ilə Türkiyənin əlaqələrinin genişlənməsinə impuls verəcək amillər ola bilər Delsi Rodriqes Prezident səlahiyyətlərini icra etməyə başlayandan sonra iyunun 3-7-də ilk səfərini Hindistana edib. Bu ölkədən sonra ikinci ölkə kimi Türkiyənin seçilməsi də Ankaraya verilən fərqli önəm sayılır. Çünki Hindistan daha çox əhalisinin sayına görə mühüm bazarlardan biridir. Türkiyə isə Venesuelaya demokratik yolla inkişaf baxımından örnək ola bilər. Bu səbəbdən xanım Rodriqesin səfər edəcəyi ikinci ölkə olaraq Türkiyəni seçməsi də belə zərurətdən doğması mümkündür Qarşı tərəf üçün Venesuelanın strateji əhəmiyyətli sayılması istisna deyil. Onun neft və təbii qaz ölkəsi olması, habelə ABŞ və Qərb dünyası ilə münasibətləri normallaşdırması Türkiyənin regionda fəallığının artmasına amil olması imkanlarını artırar. Yəni, Vensueala Türkiyə üçün regional bazarda rəqabət aparmaq baxımından əlverişli ölkə ola bilər Venesuela Osmanlı dövləti üçün də maraqlı olub. O dövrlərdə türk və imperiya ərazilərindən olan tacirlər Venesuelaya ticarət əlaqələrini qurmaq üçün səfər ediblər. Bəziləri isə bu ölkədə məskunlaşıblar Ona görə də Venesuela Türkiyə üçün tarixi ticarət əlaqəsi olan bir ölkə də sayılır Venesuelalı məşhur yazıçısı Qabriel Qarsiya Markes əsərlərində "Türk məhəlləsi" və ya "El Turco" məhəllələrindən bəhs edərək, ölkəsinə köçlərin mədəni izlərini əks etdirib. Markesin yaşadığı coğrafiyada Osmanlıdan köç edən tacirlər adətən "türk" adlandırılıb. Bu məhəllələr əsərdə mədəniyyətlərin qarışdığı, Şərq, Aralıq dənizi və Karib hövzəsi ilə birləşdiyi bölgələr olaraq yer alır Beləliklə, Delsi Rodriqesin səfəri Türkiyənin Latın Amerikasında, Karib hövzəsində mövqeyinin güclənməsinə yeni imkanlar qazandırar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler