Vedat Muriqi Fənərbaxçada! Budur ifadə
"Fənərbağça"da Əziz Yıldırımın dövrü sürətlə başladı. Fövqəladə ümumi qurultayda yenidən prezident seçilən Yıldırım sarı-göylü klubda ilk transferini Vedat Muriqi ilə reallaşdırıb Mövsüm ərzində "Fənərbaxça"da forma geyinən və azarkeşlərin sevimlisinə çevrilən Vedat Muriqi yenidən sarı-göylülər he

"Fənərbağça"da Əziz Yıldırımın dövrü sürətlə başladı. Fövqəladə ümumi qurultayda yenidən prezident seçilən Yıldırım sarı-göylü klubda ilk transferini Vedat Muriqi ilə reallaşdırıb Mövsüm ərzində "Fənərbaxça"da forma geyinən və azarkeşlərin sevimlisinə çevrilən Vedat Muriqi yenidən sarı-göylülər heyətinə qatılıb Fabrizio Romanonun xəbərinə görə, "Fənərbaxça" Vedat Muriqinin transfer xidməti üçün "Malyorka"ya 15 milyon avro ödəyəcək. Tərəflər arasında aparılan danışıqların müsbət nəticələndiyi və transferin qısa zamanda rəsmiləşəcəyi gözlənilir 32 yaşlı hücumçu ötən mövsüm "Malyorka" forması ilə effektiv oyun nümayiş etdirib. Təcrübəli futbolçu 37 matçda 23 qol vuraraq komandasının önəmli adlarından birinə çevrilməyi bacarıb Vedat Muriqinin yenidən “Fənərbaxça” formasını geyinməsi sarı-göylü azarkeşlərdə böyük həyəcan yaradıb. Əziz Yıldırım rəhbərliyinin transfer dövründəki ilk böyük gedişi olaraq görülən bu inkişafın ardından bütün gözlər yeni transferlərə çevrildi


