Tenqri
Ana Səhifə
Dünya

Sumqayıt yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilir

Sumqayıt yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb Bunu “Report”a müsahibəsində Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib Onun sözlərinə görə, layihə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir və zavodu

0 baxışcaliber.az
Sumqayıt yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilir
Paylaş:

Sumqayıt yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb Bunu “Report”a müsahibəsində Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib Onun sözlərinə görə, layihə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir və zavodun gücü ildə 100 milyon kubmetr içməli su təşkil edəcək "Bu, hazırda Bakıda istifadə olunan suyun təxminən 25%-ni təşkil edir. Əslində, bu, çox böyük göstəricidir. Bu texnologiya dünyada geniş yayılmışdır və xüsusilə Yaxın Şərq ölkələrində, o cümlədən Ərəbistan yarımadasında içməli su təchizatının əsas mənbələrindən biridir", - Z.Mikayılov bildirib O qeyd edib ki, layihənin ətraf mühitə təsiri beynəlxalq standartlara uyğun qiymətləndirilib, mümkün fəsadlar minimuma endirilib "Suyun keyfiyyəti baxımından heç bir problem yoxdur. Əksinə, daha sıx filtrasiya bəzi hallarda suyun daha təmiz olması ilə nəticələnir. Sonra suya bioloji vacib minerallar əlavə edilir və o, içməyə yararlı vəziyyətə gətirilir", - ADSEA rəhbəri əlavə edib Müsahibənin tam mətni ilə burada tanış olmaq olar

Kaynak: caliber.az

Diğer Haberler