Tenqri
Ana Səhifə
Siyasət

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Bugünkü tranzit marşrutları sabitlik, xüsusilə əlaqəlilik baxımından qlobal çağırışlardan biridir. Bakı-Tbilisi-Qars dəmiryolunun tam fəaliyyətə başlaması regionun əlaqəlilik baxımından əhəmiyyətini artırır və eyni zamanda bizim tranzit imkanlarımızı əhəmiyyətli dərəcədə gücləndirir Bu sözləri AZƏR

0 baxışazertag.az
Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır
Paylaş:

Bugünkü tranzit marşrutları sabitlik, xüsusilə əlaqəlilik baxımından qlobal çağırışlardan biridir. Bakı-Tbilisi-Qars dəmiryolunun tam fəaliyyətə başlaması regionun əlaqəlilik baxımından əhəmiyyətini artırır və eyni zamanda bizim tranzit imkanlarımızı əhəmiyyətli dərəcədə gücləndirir Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın tanınmış siyasi xadimi, politoloq, “Vahid Neytral Gürcüstan” partiyasının icraçı katibi Vato Şakarişvili deyib Onun sözlərinə görə, burada vacib məqamlardan biri də regiondan keçən belə mühüm tranzit yollar təkcə iqtisadi baxımdan deyil, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır Bakı-Tbilisi-Qars birgə layihəsi Azərbaycan, Türkiyə və Gürcüstan arasında uğurlu əməkdaşlığın mövcudluğunu bir daha sübut edir. Gürcüstan və Azərbaycan tranzit yollar, həm də yeni layihə olan Qara dəniz elektrik kabeli layihəsi çərçivəsində bir-biri ilə sıx bağlıdırlar. Ona görə də bu layihə regionumuz və ölkələrimiz üçün növbəti mühüm addım olacaq və qlobal miqyasda regionumuzun əhəmiyyətini daha da artıracaq Politoloq deyib ki, bu gün dünyada əlaqəlilik və tranzit marşrutların sabitliyi qlobal çağırışlardan biridir. Tranzit yolların dayanıqlığının pozulması ciddi problemlər yaradır. Bu baxımdan regionumuzun böyük potensialı var O deyib: “Bu potensialı yaxşı anlayan ölkələrdən biri də Azərbaycandır. Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət həyata keçirir, mühüm investisiyalar yatırır və ölkələr arasında əməkdaşlıq formatlarını gücləndirir. Bakı-Tbilisi-Qars dəmiryolu bu əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Bu layihə Azərbaycanın regionda mühüm rolunu bir daha göstərir və Azərbaycan–Gürcüstan–Türkiyə arasında strateji tərəfdaşlığın möhkəm əsaslara söykəndiyini təsdiqləyir” “Bu gün Azərbaycan və Gürcüstan bir sıra böyük birgə layihələr həyata keçirir. Onlara neft və qaz kəmərləri, həmçinin tranzit və yük daşımaları marşrutları daxildir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolu kimi layihələr regionun iqtisadi və nəqliyyat imkanlarını genişləndirir. Gələcəkdə isə Qara dənizin sualtı elektrik kabeli layihəsi kimi yeni layihələr regionun strateji əhəmiyyətini daha da artıracaq və ölkələrimizin iqtisadi inkişafına mühüm töhfə verəcək”, – deyə politoloq bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler