Tenqri
Ana Səhifə
Dünya

Vans, Vitkoff, Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlar aparacaq

BAKI, Azərbaycan, 8 aprel. ABŞ-ın vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ağ Evin müşaviri Cared Kuşner gələn həftəsonu İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada səfər edəcəklər. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib "Preziden

0 baxıştrend.az
Vans, Vitkoff, Kuşner İslamabadda İran nümayəndə heyəti ilə danışıqlar aparacaq
Paylaş:

BAKI, Azərbaycan, 8 aprel. ABŞ-ın vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ağ Evin müşaviri Cared Kuşner gələn həftəsonu İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada səfər edəcəklər. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib "Prezident Donald Tramp bu həftə sonu İslamabadda danışıqlar aparmaq üçün vitse-prezident J.D.Vans, xüsusi elçi Witkoff və cənab Kuşnerin başçılıq etdiyi danışıqlar qrupunu göndərir. Görüşlərin birinci raundu yerli vaxtla şənbə günü səhər saatlarında baş tutacaq və biz bu təkbətək müzakirələri səbirsizliklə gözləyirik" dedi Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. Ağ Ev hücumu İslam Respublikasından gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin Ali Rəhbəri Ayətullah Əli Xamenei və rəhbərliyin bir neçə əsas siması öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı keçirdiyini açıqlayıb. İran həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri artıb Aprelin 7-də ABŞ və İran hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almaq və danışıqlar üçün imkanlar yaratmaq məqsədi ilə təxminən iki həftə davam edən müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Məlumatlara görə, razılaşma Pakistanla vasitəçi qismində əldə olunub. Əsas məqamlardan biri İranın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün yenidən açmaq öhdəliyidir və tərəflər həmçinin hücumları dayandırmaq və danışıqlara hazırlaşmaq barədə razılığa gəliblər

Kaynak: trend.az

Diğer Haberler