Tenqri
Ana Səhifə
Dünya

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Uşaqların sosial şəbəkədə qeydiyyatına qoyulacaq bəzi məhdudiyyətlər valideynlərin və qəyyumların sosial şəbəkə platformalarında onlara yumşaq nəzarət mexanizmini gücləndirəcək. Eyni zamanda, bununla orta məktəblərdə, məktəbəqədər müəssisələrdə uşaqların və yeniyetmələrin internetdən, sosial şəbəkəl

0 baxışazertag.az
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
Paylaş:

Uşaqların sosial şəbəkədə qeydiyyatına qoyulacaq bəzi məhdudiyyətlər valideynlərin və qəyyumların sosial şəbəkə platformalarında onlara yumşaq nəzarət mexanizmini gücləndirəcək. Eyni zamanda, bununla orta məktəblərdə, məktəbəqədər müəssisələrdə uşaqların və yeniyetmələrin internetdən, sosial şəbəkələrdən istifadə qaydaları müəyyənləşəcək. Bütün bunların məqsədi bu gün ailədən də, məktəblərdən də daha güclü təsir imkanına malik olan sosial şəbəkələrin sağlam mühit kimi uşaqların sosiallaşmasındakı roluna dəstək verməkdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib Onun sözlərinə görə, son dövrlərdə sosial şəbəkələrdə qəzəb və aqressiya dolu hüquqazidd paylaşımlar çoxalmışdı: “Bu da uşaqların davranış pozuntusuna səbəb olur. Hətta bir sıra ölkələrdə mövcud olan bulinqlər Azərbaycanda da məhz sosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrə mənfi təsir göstərir. Ölkəmizdə uşaq və yeniyetmələr arasında cinayət hadisələrinin təhlili göstərdi ki, bu tip cinayətlər Azərbaycan cəmiyyətinin sosial xarakterinə uyğun deyil” Sosioloq qeyd edib ki, bu baxımdan sosial şəbəkələrlə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər bu platformanın sağlam bir mühitə çevrilməsinə rəvac verə bilər: “Ancaq bu, təkcə qərarlarla, sərəncamlarla qanunvericilikdə dəyişikliklərlə deyil, həm də valideynlərin də iştirakı ilə olmalıdır. Bu məsələyə korporativ sosial məsuliyyət çərçivəsində ailə, məktəb və hüquq-mühafizə orqanları, eləcə də media birgə əməkdaşlıq çərçivəsində təsir göstərə bilər. Bunun nəticəsində sosial şəbəkə platformalarında məhz bu sosial anemiya hallarının qarşısını almaq mümkündür”, - deyə Ü.Şəfiyev əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler