Tenqri
Ana Səhifə
Elm

Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər

2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub Publika.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Tə

0 baxışpublika.az
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər
Paylaş:

2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub Publika.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatları Şurası ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb Qeyd olunub ki, çərçivə sənədi qiymətləndirmənin nəyi və necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəd hesab olunur. Sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması zamanı vahid yanaşma, ardıcıllıq və şəffaflığın təmin edilməsinə xidmət edir Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq hazırlanacaq. Onlardan 2-si açıq yazılı tapşırıq olacaq. Həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarını ölçmək məqsədilə 3 şəkil əsaslı tapşırıq təqdim ediləcək Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulub. Bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan tapşırıqlar olacaq 6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bu mərhələdə də 2 açıq yazılı tapşırıq yer alacaq Nazirlikdən bildirilib ki, 6-cı siniflərin riyaziyyat fənni üzrə sualların strukturu 4-cü siniflərdə olduğu kimi olacaq. Belə ki, 3 açıq tapşırıq həlli tələb olunmayan, 2 açıq tapşırıq isə həlli tələb olunan formada təqdim ediləcək Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə manitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz: https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır Nazir: Məktəblərin 90 %-i təmir olunub və ya yenidən tikilib “Azərbaycan memarlıq irsinin dühası” kitabı təqdim edildi - FOTO 200 manat cərimə: Müəllimlərlə bağlı yeni qərar məktəblərdə nəyi dəyişəcək? - Video Buraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib - ADLAR Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? - Açıqlama “Başıma pis hadisə gələcəyini hiss edirdim" Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı Farah Zeynep Abdullaha nə olub? - FOTO Daha bir müntəzəm marşrutun avtobusları yenilənir Maraqlı geyim tərzi ilə göz qamaşdırdı - FOTO Qarabağla bağlı irad Paşinyanı qəzəbləndirdi: Səni tualetdə öldürərdilər - VİDEO Moskvadan Brüsselə sərt ittiham: Avropa İttifaqı şansını birdəfəlik itirdi

Kaynak: publika.az