Valideynləri qorxudan tətbiq: "Sugo"da uşaqları nə gözləyir?
Son günlər "TikTok" sosial şəbəkəsində geniş reklan olunan "Sugo" proqramı ilə bağlı narahatlıq ifadə edən paylaşımlar edilir. Valideynlər övladlarının tətbiqdə uzun müddət vaxt keçirdiyini, tanımadığı insanlarla sərbəst ünsiyyət qurduğunu bildirirlər Əvvəlcə qeyd edək ki, "Sugo" istifadəçilərə səs

Son günlər "TikTok" sosial şəbəkəsində geniş reklan olunan "Sugo" proqramı ilə bağlı narahatlıq ifadə edən paylaşımlar edilir. Valideynlər övladlarının tətbiqdə uzun müddət vaxt keçirdiyini, tanımadığı insanlarla sərbəst ünsiyyət qurduğunu bildirirlər Əvvəlcə qeyd edək ki, "Sugo" istifadəçilərə səs otaqları, canlı yayımlar və videozənglər vasitəsilə dünyanın müxtəlif yerlərindən insanlarla əlaqə yaratmağa imkan verən sosial platformadır. Tətbiq rəsmi olaraq 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, yaş yoxlama mexanizminin zəifliyi səbəbindən uşaqlar da asanlıqla qeydiyyatdan keçə bilirlər. İddialara görə, tətbiqə qoşulan istifadəçilərdən video və şəxsi şəkillər tələb olunur Ötən gün sosial şəbəkələrdə səs yazısı yayılan bir qadın bu məsələ ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə, 13 yaşlı qızı bu tətbiqdən istifadə etdikdən sonra davranışlarında dəyişiklik hiss edilib. O xəstəlik adı ilə bir həftə işdən icazə alıb qızını izləməyə başlayıb və bu səbəbdən hətta hüquq-mühafizə orqanlarına müraciət edib Valideynlərin sözlərinə görə, tətbiqdə uşaqlara asan qazanc vəd edilir, onlar canlı yayım mühitinə cəlb olunur və müxtəlif manipulyasiya üsullarına məruz qalırlar Maraqlıdır, belə halda uşaqların təhlükəsizliyinə kim cavabdehdir? Bu sualla müraciət etdiyimiz hüquqşünas Fərhad Mehdiyev Publika.az-a bildirdi ki, 18 yaşa qədər uşaqlara mütləq valideyn nəzarəti olmalıdır: "18 yaşına qədər olan uşaqların internetdən istifadəsində valideyn nəzarəti vacibdir. Bunun üçün valideynlər İT sahəsində minimum məlumatlı olmalı, bu tip proqramların API-lərini (və ya giriş kanallarını) özləri bloklamağı bacarmalıdırlar. Bu yolla uşaqlar həmin şəbəkə üzərindən belə proqramlara qoşula bilməzlər" Hüquqşünas onu da əlavə etdi ki, belə bir problem mövcuddursa, aidiyyəti qurumlar, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin saytın API-sinə blok tətbiq etməlidir" Bəs psixoloji cəhətdən virtual hədiyyələr, bəyənmələr və populyarlıq sistemi uşağa necə təsir edir? Valideyn hansı davranış dəyişikliklərini müşahidə etdikdə narahat olmalı və belə hallarda nə etməlidir? Mövzu ilə bağlı saytımıza danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, rəqəmsal dünya artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və virtual inkişafın qarşısını almaq mümkün deyil: "Bu gün uşaqların da həm real, həm də virtual dünyası var. Uşaqlar çox zaman virtual mühitdə özlərini daha rahat hiss edirlər. Texnologiya düzgün istifadə olunduqda uşağın inkişafına müsbət təsir göstərə, onun dünyagörüşünü genişləndirə, ünsiyyət bacarıqlarını inkişaf etdirə bilər. Lakin virtual hədiyyələr, bəyənmələr və populyarlıq sistemi uşağın psixologiyasına müəyyən mənfi təsirlər də yarada bilir. Uşaq zamanla öz dəyərini "like" sayı, izləyici sayı və ya virtual reaksiyalar üzərindən qiymətləndirməyə başlaya bilər. Bu isə onda diqqət və təsdiq asılılığı formalaşdıra bilər" Psixoloqun sözlərinə görə, valideynlər uşaqları qadağalarla deyil, izah və düzgün yönləndirmə ilə tərbiyə etməlidirlər: "Hər hansı virtual platformadan istifadə zamanı uşağın yaşına uyğun məzmun seçilməli, istifadə müddətinə sağlam məhdudiyyətlər qoyulmalıdır. Uşaq tərbiyəsində əsas məqsəd məhrum etmək deyil, balans yaratmaqdır" R.Nəcəfov onu da əlavə etdi ki, əgər uşaq virtual mühitdən istifadə etdikdən sonra davranışında dəyişiklik göstərirsə, valideyn buna diqqətlə yanaşmalıdır: "Xüsusilə aqressiv davranışlar, əsəbilik, sosial münasibətlərdən uzaqlaşma, passiv həyat tərzi, real həyata marağın azalması, yalnız virtual təsdiqə ehtiyac duyma kimi hallar narahatedici siqnallar hesab olunur. Bəzi valideynlər uşağın sakit qalması üçün ona telefon və ya planşet təqdim edir. Halbuki bu yanaşma zamanla uşağın texnologiyadan emosional asılılığını gücləndirə bilər Bu gün ağıllı cihazlardan istifadə normaldır və həyatın bir hissəsinə çevrilib. Ancaq virtual mühitdə təhlükələrin qarşısını almaq real həyatda olduğu qədər asan deyil. Məhz buna görə valideyn daim müşahidəçi və istiqamətləndirici rolunda olmalıdır. Əgər uşağın emosional vəziyyətində və davranışlarında davamlı narahatedici dəyişikliklər müşahidə olunursa, vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir" Müəllif: Gülnar Süleymanova Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul edildi Bu qəzalarla bağlı yeni qərar - Qiymətləndirmə qaydaları dəyişdi Laçında keçirilən əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu - Foto Ünvanlı sosial yardımın məbləğinin ən yüksək olduğu rayonlar - Siyahı Qurban bayramında bunlara yol verilməyəcək - Rəsmi açıqlama WUF13-ə ev sahibliyi Meksikaya ötürüldü Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin! "Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə! Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır


