Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələr üçün əsas prioritet yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsaldır "APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transform

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələr üçün əsas prioritet yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsaldır "APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib Onun sözlərinə görə, zonada istehsal olunan məhsulların ən azı 75%-i Azərbaycan hüdudlarından kənara ixrac edilməlidir Valeh Ələsgərov bildirib ki, bu yanaşmanın əsas məqsədi yerli bazara yönəlmiş müəssisələrin zona ərazisində yerləşməsinin qarşısını almaq və Azad İqtisadi Zonada fəaliyyət göstərən şirkətlərlə ölkənin əsas iqtisadiyyatında çalışan biznes subyektləri arasında qeyri-bərabər rəqabətin yaranmasına yol verməməkdir "Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlər vergilərdən, gömrük rüsumlarından və digər ödənişlərdən azad olunduqları üçün üstün mövqeyə malikdirlər. Bu səbəbdən yerli şirkətlər üçün onlarla rəqabət aparmaq çətin ola bilər", - o qeyd edib İdarə Heyətinin sədri vurğulayıb ki, bu mövqeyə görə bəzən tənqidlərlə üzləşsələr də, beynəlxalq təcrübə seçilən modelin düzgün olduğunu göstərir Valeh Ələsgərov nümunə olaraq İrlandiyanın 1959-cu ildə yaradılmış Şennon Azad İqtisadi Zonasını göstərib. Onun sözlərinə görə, həmin zonada da istehsal olunan məhsulların 75%-dən çoxunun ixrac edilməsi tələbi tətbiq olunub və bu yanaşma sonradan ölkənin iqtisadi inkişafına mühüm töhfə verib


