Tenqri
Ana Səhifə
Dünya

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixracyönümlü istehsalın genişlənməsinə və xarici investisiyaların cəlb olunmasına xidmət edən mühüm platformadır AZƏRTAC xəbər verir ki, bu fikri Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən

0 baxışazertag.az
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır
Paylaş:

Ələt Azad İqtisadi Zonası Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixracyönümlü istehsalın genişlənməsinə və xarici investisiyaların cəlb olunmasına xidmət edən mühüm platformadır AZƏRTAC xəbər verir ki, bu fikri Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında səsləndirib. V.Ələsgərov bildirib ki, zonada fəaliyyət göstərən müəssisələr əsasən ixracyönümlü istehsala üstünlük verməlidirlər. Bu yanaşma yerli bazara yönəlmiş fəaliyyətlə bağlı qeyri-bərabər rəqabət risklərinin qarşısını almaqla yanaşı, Azərbaycanın beynəlxalq istehsal və ticarət şəbəkələrinə inteqrasiyasını gücləndirir V.Ələsgərov qeyd edib ki, investorların cəlb edilməsi üçün yalnız vergi və gömrük güzəştləri kifayət deyil. Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası regionun digər iqtisadi zonaları ilə rəqabətdə üstünlük qazanmaq üçün daha geniş imkanlar təqdim etməlidir “Biz investorlara yalnız güzəştlər deyil, həm də əlverişli coğrafi mövqe, inkişaf etmiş logistika infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış imkanları təklif edirik”, – deyə o vurğulayıb İdarə Heyətinin sədri bildirib ki, Ələt Azad İqtisadi Zonası Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə rezident şirkətlərə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş bazarlara çıxış imkanı yaradır V.Ələsgərovun sözlərinə görə, zonanın əsas məqsədi Azərbaycanda yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafını dəstəkləmək, kiçik və orta biznesin imkanlarını genişləndirmək və ölkənin ixrac potensialını artırmaqdır. O əlavə edib ki, müasir sənaye infrastrukturu, logistika imkanları və əlverişli biznes mühiti Ələt Azad İqtisadi Zonasını qlobal investorlar üçün cəlbedici məkanlardan birinə çevirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler