Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalıdır
Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” adlı tədbir keçirilir Publika.az xəbər verir ki, tədbirdə innovasiya, enerji keçidi və iqtisadi inkişaf modelləri ətrafında müzakirələr aparılıb Tədbirdə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin s

Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” adlı tədbir keçirilir Publika.az xəbər verir ki, tədbirdə innovasiya, enerji keçidi və iqtisadi inkişaf modelləri ətrafında müzakirələr aparılıb Tədbirdə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov da çıxış edib O, çıxışında azad iqtisadi zonaların rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb və mövcud imtiyazların kifayət etmədiyini bildirib “Bu cəlbedicilik çox kiçik səviyyədədir. İndi vacib olan odur ki, biz istənilən azad iqtisadi zonadan daha cəlbedici olmalıyıq. Yalnız qonşu ölkələrdəki zonaları nəzərdə tutmuram, daha geniş coğrafiyanı nəzərdə tuturam. Əgər rəqabətli və güclü olmasaq, şirkətlər niyə bizim iqtisadi zonanı seçsinlər?” - deyə o qeyd edib Valeh Ələsgərov bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji məkanda yerləşir: “Biz azad iqtisadi zona üçün beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi yerdə məkan seçmişik. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişdiyi ərazidə yerləşirik. Burada dəniz ticarət limanı var və biz investor və müştərilərə geniş logistika xidmətləri təqdim edə bilirik” O, yüklərin daşınmasının dəniz, avtomobil və dəmir yolu vasitəsilə mümkün olduğunu, texnoloji şirkətlər üçün isə kargo hava limanının mühüm əhəmiyyət daşıdığını qeyd edib “Bu istiqamətdə ‘Silk Way’ şirkəti ilə razılıq əldə etmişik və artıq ərazidə kargo terminalı fəaliyyət göstərir”, - deyə Valeh Ələsgərov əlavə edib Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - Nazir Sabaha olan hava - PROQNOZU DSMF-nin gəlirləri 3,7 milyard manata yaxınlaşdı Pensiya alanlara şad xəbər SOCAR-ın transformasiyası iqtisadi inkişafın mühüm nümunəsidir - Elnur Soltanov Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq


