Tenqri
Ana Səhifə
Dünya

Valdas Dambrauskas: "Məğlubiyyətsizlik seriyasının bitməsi müəyyən məyusluq yaradır"

"Sabah" komandası məğlubiyyətsizlik seriyasının bitməsinə görə məyusdur "Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXXI turunda "Kəpəz"ə qarşı matçdan sonra mətbuat konfransında deyib "Kəpəz" komandasını təbrik edirəm. Bu qələbə onlar üç

0 baxışreport.az
Valdas Dambrauskas: "Məğlubiyyətsizlik seriyasının bitməsi müəyyən məyusluq yaradır"
Paylaş:

"Sabah" komandası məğlubiyyətsizlik seriyasının bitməsinə görə məyusdur "Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXXI turunda "Kəpəz"ə qarşı matçdan sonra mətbuat konfransında deyib "Kəpəz" komandasını təbrik edirəm. Bu qələbə onlar üçün həm vacib, həm də yaddaqalan nəticə oldu. Hazırda oyundan sonra geniş danışmaq istəmirəm. Matçın ilk yarısında üstün tərəf biz idik və oyuna daha yaxşı nəzarət edirdik. Xüsusilə standart vəziyyətlərdən bir neçə real qol imkanı yaratdıq, amma rəqib qapıçı uğurlu çıxış etdi və hesabı aça bilmədik. Fasilədən sonra heyətdə və oyunda müəyyən dəyişikliklər etdik. Buna baxmayaraq, komandanın tempi əvvəlki kimi qalmadı, ritm aşağı düşdü. Ardınca isə yol verdiyimiz gözlənilməz səhv rəqibin qol vurmasına şərait yaratdı. Bundan sonra "Kəpəz" daha çox müdafiəyə çəkildi. Biz isə hücumlarda daha sakit və düşünülmüş davranmalı idik, lakin bəzi epizodlarda tələsik qərarlar verdik İndi bu oyunu geridə qoymaq lazımdır. Təbii ki, məğlubiyyətsizlik seriyasının bitməsi müəyyən məyusluq yaradır. Amma artıq diqqətimizi qarşıdakı çox önəmli final qarşılaşmasına yönəltməliyik" Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler