Valdas Dambrauskas azərbaycanlı jurnalistlərə: “Belə suallara nifrət edirəm... Onların taleyi məni maraqlandırmır”
Sabah “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandalarının qarşılaşacağı Azərbaycan Kubokunun finalı keçiriləcək Təkcə kubok yox, həm də Avropa yarışlarına vəsiqə təhlükəsi var. Artıq çempionluğu təmin etmiş “Sabah” qalib gəlsə, “Qarabağ” Avropa Liqasına, “Turan-Tovuz” və çempionatın 4-cü pillə

Sabah “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandalarının qarşılaşacağı Azərbaycan Kubokunun finalı keçiriləcək Təkcə kubok yox, həm də Avropa yarışlarına vəsiqə təhlükəsi var. Artıq çempionluğu təmin etmiş “Sabah” qalib gəlsə, “Qarabağ” Avropa Liqasına, “Turan-Tovuz” və çempionatın 4-cü pilləsinin sahibi (“Neftçi” və ya “Zirə”) Konfrans Liqasına yollanacaq “Zirə” qalib gəlsə, o zaman Avropa Liqasında, “Qarabağ” və “Turan-Tovuz” isə Konfrans Liqasında çıxış edəcək Bu gün keçirilən oyunöncəsi mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasdan digər klubların taleyinə əhəmiyyət verib-vermədiyi və bununla bağlı təzyiq hiss edib-etmədiyi soruşulub "Bu, bizə necə ağır ola bilər? - litvalı mütəxəssis cavab verir. - Mən həqiqətən başa düşmürəm. Bunu deməyim üçün üzr istəyirəm, amma belə suallara nifrət edirəm... Kubokun finalında iki komanda oynayır. Doğrudanmı, finala çıxan komandalardan hər hansı birinin üçüncü tərəf haqda düşünüb təzyiq hiss edəcəyini düşünürsünüz? Digər komandaların taleyi bizi maraqlandırmır. Mən başa düşmürəm ki, bu barədə yalnız özümüz üçün danışa bilərik. və azarkeşlərimiz." Dambrauskas onu da bildirib ki, “Sabah” finalda var gücü ilə oynasa, qələbə onun olacaq


