Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək
Azərbaycanda aqrar sektorun inkişafı üzrə qəbul edilmiş yeni Dövlət Proqramı kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirməyi hədəfləyir AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə x

Azərbaycanda aqrar sektorun inkişafı üzrə qəbul edilmiş yeni Dövlət Proqramı kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirməyi hədəfləyir AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə çıxışı zamanı deyib. O bildirib ki, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə aqrar sahədə son illər müşahidə olunan dinamika ətraflı təhlil edilib və mövcud nəticələrin dövlət başçısını tam qane etmədiyi açıq şəkildə ifadə olunub V.Hacıyev qeyd edib ki, Prezident Administrasiyası və Nazirlər Kabineti tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin yeni inkişaf modelini müəyyən edən strateji sənəddir “Əsas hədəf sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidi təmin etməkdir”, – deyə xüsusi nümayəndə vurğulayıb Onun sözlərinə görə, Dövlət Proqramı ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının artırılmasını, məhsuldarlığın yüksəldilməsini, ixracyönümlü istehsalın genişləndirilməsini, dəyər zəncirlərinin inkişafını, fermerlərin müasir aqrar xidmətlərə çıxışının yaxşılaşdırılmasını, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur V.Hacıyev bildirib ki, proqramın əsas məqsədi aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin etmək və Azərbaycanın ərzaq təhlükəsizliyini daha da möhkəmləndirməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


