Tenqri
Ana Səhifə
Dünya

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Son illərdə Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində 169,1 min hektar istifadəsiz torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunub, ölkə üzrə 52 aqropark yaradılıb AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayon

0 baxışazertag.az
Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub
Paylaş:

Son illərdə Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində 169,1 min hektar istifadəsiz torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunub, ölkə üzrə 52 aqropark yaradılıb AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə bildirib. Onun sözlərinə görə, ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul olunub V.Hacıyev qeyd edib ki, dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac imkanları əhəmiyyətli dərəcədə genişlənib. Meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub, ət, süd, balıq və kartof məhsulları üzrə isə müsbət dinamika qeydə alınıb Xüsusi nümayəndə vurğulayıb ki, ölkədə su təminatının yaxşılaşdırılması məqsədilə iri infrastruktur layihələri həyata keçirilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, yeni su anbarları tikilib və kanallar yenidən qurulub. “Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır”, – deyə V.Hacıyev bildirib Onun sözlərinə görə, ölkədə yaradılmış 52 aqropark kənd təsərrüfatında müasir idarəetmə və istehsal modellərinin tətbiqinə, idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler