Tenqri
Ana Səhifə
Dünya

Vahid Hacıyev: Aqrar sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafına dair dövlət proqramları qəbul olunub və sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Zəngil

0 baxışapa.az
Vahid Hacıyev: Aqrar sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb
Paylaş:

Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafına dair dövlət proqramları qəbul olunub və sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə çıxış edən Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı yüksəlib, bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Eyni zamanda, suvarma sistemlərinin genişləndirilməsi, yeni su anbarlarının tikintisi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi və istifadəsiz qalan torpaqların əkin dövriyyəsinə qaytarılması istiqamətində mühüm addımlar atılıb V.Hacıyev qeyd edib ki, aqrar sahənin inkişafı istiqamətində görülən işlərə baxmayaraq, son illər bu sahədə müəyyən durğunluq müşahidə olunub. Bu səbəbdən Prezident İlham Əliyevin tapşırıqları əsasında kənd təsərrüfatının inkişafına dair yeni və hərtərəfli Dövlət Proqramı hazırlanıb Bildirilib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın və ixracyönümlülüyün artırılması, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının sürətləndirilməsidir

Kaynak: apa.az

Diğer Haberler