Özbəkistan 10 növ dövlət xidmətlərini özəl sektora ötürmək niyyətindədir
Özbəkistan hakimiyyəti 10 növ dövlət xidmətini özəl sektora ötürmək, o cümlədən daha 10 xidməti avtomatlaşdırmaq və 25 xidmət növü üzrə ödənişləri azaltmaq niyyətindədir Spot xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət qurumlarında bürokratiyanın azaldılması və biznes üçün məcbu

Özbəkistan hakimiyyəti 10 növ dövlət xidmətini özəl sektora ötürmək, o cümlədən daha 10 xidməti avtomatlaşdırmaq və 25 xidmət növü üzrə ödənişləri azaltmaq niyyətindədir Spot xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət qurumlarında bürokratiyanın azaldılması və biznes üçün məcburi tələblərə yenidən baxılmasına həsr olunmuş təqdimatla tanış olub. Təklif olunan tədbirlərin iqtisadi effekti beş il ərzində 13 milyard dollar həcmində qiymətləndirilir İclasda “xidmət dövləti” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi planları müzakirə olunub. 2025-ci ildə əhaliyə və biznesə göstərilən xidmətlərin sayı 61 milyonu ötüb, onların təqribən 80%-i onlayn rejimdə göstərilib İslahatlar çərçivəsində 783 növ dövlət xidməti üçün “sıfır bürokratiya” prinsipinin tətbiqi təklif olunur. Bu, 550 xidmətin elektron formata keçirilməsinə və onların göstərilməsi mərhələlərinin sayını yarıbayarı azaltmağa imkan verəcək Daha 80 xidmətin proaktiv və kompozit formata keçirilməsi planlaşdırılır. Mütəxəssislərin fikrincə, bu, əhaliyə hər il dövlət qurumlarına baş çəkməklə bağlı nəqliyyat xərclərinə 35 milyard manata qədər qənaət etməyə imkan verəcək Bundan əlavə, 80 xidmətin göstərilməsi müddətinin 2-3 dəfə - orta hesabla 13 iş günündən 6 iş gününə qədər azaldılması nəzərdə tutulur. Həmçinin 15 növ sertifikat və sənədlərin rəqəmsallaşdırılması təmin edilib ki, bu da 270-dən çox xidmət üçün təkrar məlumat tələb etmək ehtiyacını aradan qaldıracaq Həmçinin 25 xidmət növü üzrə ödənişlərin azaldılması təklif edilir. Bunun sayəsində əhalinin hər il 851 milyard manata qədər əlavə vəsait əldə edəcəyi gözlənilir


