Türkiyədə super zənginlər daha çoxdur
Ekonomim The Wealth Report 2026-a istinadən yazır ki, Türkiyədə ultra varlı insanların sayı (sərvəti 30 milyon dolları ötüb) son beş ildə təxminən 93,5% artaraq 2174-dən 4208-ə çatıb 2031-ci ilə qədər bu rəqəmin 13% artaraq 4772 olacağı gözlənilir. Eyni zamanda, ölkədə milyarderlərin sayı da artac

Ekonomim The Wealth Report 2026-a istinadən yazır ki, Türkiyədə ultra varlı insanların sayı (sərvəti 30 milyon dolları ötüb) son beş ildə təxminən 93,5% artaraq 2174-dən 4208-ə çatıb 2031-ci ilə qədər bu rəqəmin 13% artaraq 4772 olacağı gözlənilir. Eyni zamanda, ölkədə milyarderlərin sayı da artacaq - 31%, 35-dən 46-ya Son beş ildə dünya üzrə ultra varlı insanların sayı 551 435 nəfərdən 713 626 nəfərə və ya 29%-ə yüksəlib. Ümumi artımın 40%-dən çoxunu ABŞ, ikinci yerdə Çin tutur. Bu dövrdə ultra varlı insanların sayında ən sürətli artım müşahidə olunan ölkələr Polşa (109%) və Qətər (107%) olub. Türkiyə 93% artımla üçüncü, Rumıniya dördüncü yerdədir Türkiyədə keçən ilin noyabr ayının sonuna olan məlumata görə, 30 türk milyarderinin ümumi sərvəti 73,8 milyard dollara çatıb Forbes-in 2026-cı il türk milyarderlərinin reytinqinə görə, Türkiyənin ən zəngin adamı Yıldız Holdinqin idarə heyətinin üzvü Murat Ülkər olaraq qalır, onun sərvəti 5,2 milyard dollar qiymətləndirilir. İkinci yerdə 4,9 milyard dollar sərvətlə Aksa Enerji (Kazancı Holdinqin törəmə şirkəti) Cəmil Kazancı, üçüncü yerdə isə 3,7 milyard dollarla Rönesans Holdinqin təsisçisi Erman Ilıcak qərarlaşıb


