Türkmənbaşının atasını canlandıran aktyor türkmən koloniyasında dünyasını dəyişib
Filmdə gənc Atamurat prinsipial, adət-ənənələrə və vəzifələrə hörmət edən bir insan kimi təqdim olunur və onun siması oğlunun – gələcəkdə “türkmən xalqının əbədi ulu lideri” Saparmurat Türkmənbaşının mənəvi təməlinə çevrilir Turkmen.news-un ölkənin hüquq-mühafizə orqanlarından birindəki mənbəyə is

Filmdə gənc Atamurat prinsipial, adət-ənənələrə və vəzifələrə hörmət edən bir insan kimi təqdim olunur və onun siması oğlunun – gələcəkdə “türkmən xalqının əbədi ulu lideri” Saparmurat Türkmənbaşının mənəvi təməlinə çevrilir Turkmen.news-un ölkənin hüquq-mühafizə orqanlarından birindəki mənbəyə istinadən verdiyi məlumata görə, 2016-cı ildə aktyor Durdımurat Amanov külli miqdarda narkotik saxlamaq ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 47 yaşına bir aydan az qala yaşamadı və şəkər xəstəliyinin ağırlaşmasından dünyasını dəyişdi. O, 2027-ci ilin yanvarında azad edilməli idi


