Tenqri
Ana Səhifə
Dünya

Türkmənistanda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Türkmənistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib “Report” Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan

0 baxışcaliber.az
Türkmənistanda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Paylaş:

Türkmənistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib “Report” Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan-Türkmənistan: qardaşlıq və strateji əməkdaşlıq əlaqələri” mövzusunda tədbir keçirilib Tədbir çərçivəsində Heydər Əliyevin xarici siyasətini və Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafını əks etdirən fotosərgi təşkil olunub. İştirakçılara Azərbaycanın ümummilli liderinin həyatından və türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərindən bəhs edən videoçarx da təqdim olunub Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gezalov iki ölkə arasında əməkdaşlığın tarixi və strateji əsasları haqqında mühazirə oxuyub. Diplomat çıxışında qardaş Türkmənistanla əlaqələrin Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutduğunu vurğulayıb Bildirilib ki, 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli münasibətlərin siyasi-hüquqi bazasını möhkəmləndirib. Səfirin sözlərinə görə, son illər prezidentlər İlham Əliyev və Serdar Berdiməhəmmədovun siyasi iradəsi sayəsində Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yeni mərhələyə yüksəlib Tədbirdə iqtisadiyyat, energetika, nəqliyyat, humanitar əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib, Transxəzər nəqliyyat dəhlizinin strateji əhəmiyyəti vurğulanıb Bundan əlavə, iştirakçılar elm və təhsil sahəsində qarşılıqlı əlaqələri, o cümlədən ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığı müzakirə ediblər. Vurğulanıb ki, “Azərbaycanda təhsil” proqramı çərçivəsində Heydər Əliyev adına təqaüd proqramı Türkmənistan vətəndaşlarına tam maliyyələşdirilən əsaslarla Azərbaycanda təhsil almaq imkanı yaradır Tədbirin sonunda tələbələrə Azərbaycan şairi Zəlimxan Yakubun Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət epizodu” şeirlər toplusunun türkmən dilinə tərcüməsi hədiyyə edilib

Kaynak: caliber.az

Diğer Haberler