Tenqri
Ana Səhifə
Dünya

İsrailin mərkəzində terror aktı baş verib: Ölənlər və yaralılar var - video

İsrail mediası xəbər verir ki, İsrailin mərkəzindəki Şaron bölgəsində silsilə silahlı hücumlar baş verib Hakimiyyət hadisəni “terror hücumu” kimi qiymətləndirib. Hadisə baş verən yerlərdə İsrail hüquq-mühafizə qüvvələri ilə hücum edənlər arasında qarşıdurma və atışma qeydə alınıb MADA təcili yar

0 baxışhaqqin.az
İsrailin mərkəzində terror aktı baş verib: Ölənlər və yaralılar var - video
Paylaş:

İsrail mediası xəbər verir ki, İsrailin mərkəzindəki Şaron bölgəsində silsilə silahlı hücumlar baş verib Hakimiyyət hadisəni “terror hücumu” kimi qiymətləndirib. Hadisə baş verən yerlərdə İsrail hüquq-mühafizə qüvvələri ilə hücum edənlər arasında qarşıdurma və atışma qeydə alınıb MADA təcili yardım xidmətinin baş direktoru Eli Binin rəsmi məlumatına görə, hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan biri daha sonra dünyasını dəyişib. Bütün yaralılar tibb müəssisələrinə çatdırılıb Polisin mətbuat xidməti terror aktında şübhəli bilinən ərəb əsilli İsrail vətəndaşının “yerində zərərsizləşdirildiyini” bildirib. İkinci şübhəli isə yaralanaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onu axtarır "Əsgərlər əlavə tibb işçiləri ilə birlikdə digər terrorçuların axtarışına başlayıb və yaralılara tibbi yardım göstərirlər", - İsrail ordusunun bəyanatında deyilir “The Jerusalem Post” yazır ki, İsrail ordusu qaçan ikinci hücumçunu axtarır. Nəşr yazır ki, onlar İsrail nömrəli avtomobili idarə edirdilər. Nəşrin məlumatına görə, baş nazir Benyamin Netanyahu hazırda vəziyyəti dəyərləndirir pic.twitter.com/AWC0aBdBvA

Kaynak: haqqin.az

Diğer Haberler