Daşkənddə müəllim şagirdi və Çin vətəndaşını qətlə yetirməkdə şübhəli bilinir. Video
Özbəkistan, Daşkənd – AN Podrobno.uz. Daşkəndin Sergeli rayonunda müəllim 22 yaşlı tələbəni və 51 yaşlı Çin vətəndaşını qətlə yetirməkdə şübhəli bilinir Bu hadisə ilə bağlı süjet “Millar” verilişində dərc olunub. Cinayətlə bağlı məlumat Baş Prokurorluq tərəfindən rəsmən təsdiqlənsə də, idarə təfər

Özbəkistan, Daşkənd – AN Podrobno.uz. Daşkəndin Sergeli rayonunda müəllim 22 yaşlı tələbəni və 51 yaşlı Çin vətəndaşını qətlə yetirməkdə şübhəli bilinir Bu hadisə ilə bağlı süjet “Millar” verilişində dərc olunub. Cinayətlə bağlı məlumat Baş Prokurorluq tərəfindən rəsmən təsdiqlənsə də, idarə təfərrüatları açıqlamayıb Faciə mayın 21-dən 22-nə keçən gecə baş verib. Televiziya verilişinə görə, 28 yaşlı şübhəli şəxs Yeniyul rayonundakı məktəblərdən birində, həmçinin Daşkənd Dövlət Dünya Dilləri Universitetində ingilis dili müəllimi işləyib. Ölən qız həmin universitetin tələbəsi olub Vəziyyətlə tanış olan Podrobno.uz mənbəsinin sözlərinə görə, kişi qızla münasibətdə olub və onu özünün gələcək gəlini hesab edib. O, hadisə baş verən gecə qısqanclıq zəminində bıçaqla ona və Çin vətəndaşına hücum edib. Əcnəbi yerindəcə keçinib, qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, iki gün sonra xəstəxanada dünyasını dəyişib Hadisəyə Çinin Özbəkistandakı səfirliyi də diqqət çəkib. Diplomatik nümayəndəlik bildirib ki, onlar ölən Çin vətəndaşının ailəsinə lazımi konsulluq yardımı göstərirlər və istintaqın gedişini izləyirlər Xatırladaq ki, bundan əvvəl Daşkənd vilayətində 19 yaşlı oğlan anasını vəhşicəsinə öldürməkdə və evi yandırmaqda ittiham olunurdu


