Hizbullahın Suriyada planı üzə çıxıb
Suriya Daxili İşlər Nazirliyi “Suriya hökumətinin üzvlərinə qarşı sui-qəsd” hazırlayan iranpərəst Livan Hizbullah qruplaşmasının hücrələrinin aşkar edildiyini bildirib Departamentin məlumatına görə, antiterror əməliyyatları eyni vaxtda Dəməşq, Hələb, Homs, Tartus və Latakiya əyalətlərində həyata k

Suriya Daxili İşlər Nazirliyi “Suriya hökumətinin üzvlərinə qarşı sui-qəsd” hazırlayan iranpərəst Livan Hizbullah qruplaşmasının hücrələrinin aşkar edildiyini bildirib Departamentin məlumatına görə, antiterror əməliyyatları eyni vaxtda Dəməşq, Hələb, Homs, Tartus və Latakiya əyalətlərində həyata keçirilib. Nazirliyin məlumatına görə, saxlanılan yaraqlılar Livanda xüsusi təlim keçdikdən sonra Suriya ərazisinə daxil olublar. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan yaraqlılar yüksək rütbəli dövlət məmurlarına qarşı təxribat törətməyi və qətlə yetirməyi planlaşdırıblar”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Onlardan silah-sursat, o cümlədən istifadəyə hazır partlayıcı qurğular, qumbaraatanlar, avtomatik silahlar, qumbaralar, xüsusi müşahidə avadanlığı götürülüb


