Tenqri
Ana Səhifə
Dünya

Rumıniyada yeni baş nazir təyin edilib

Rumıniya prezidenti Nikuzor Dan keçmiş müşaviri, Avropa Parlamentinin üzvü Eugen Tomac-ı ölkənin baş naziri təyin edib. Bu barədə “Digi24” məlumat yayıb Qeyd olunur ki, Tomacın namizədliyi hakim koalisiya daxilindəki gərginliyə görə İlie Boloyanın rəhbərlik etdiyi əvvəlki nazirlər kabinetinin istef

0 baxışhaqqin.az
Rumıniyada yeni baş nazir təyin edilib
Paylaş:

Rumıniya prezidenti Nikuzor Dan keçmiş müşaviri, Avropa Parlamentinin üzvü Eugen Tomac-ı ölkənin baş naziri təyin edib. Bu barədə “Digi24” məlumat yayıb Qeyd olunur ki, Tomacın namizədliyi hakim koalisiya daxilindəki gərginliyə görə İlie Boloyanın rəhbərlik etdiyi əvvəlki nazirlər kabinetinin istefasından təxminən bir ay sonra irəli sürülüb Dan qeyd edib ki, yeni baş nazirin əsas vəzifələri Rumıniyanın qərbyönlü kursunu saxlamaq, maliyyə sabitliyini təmin etmək, PNRR maliyyələşdirmə proqramlarını avqustun sonunadək başa çatdırmaq, həmçinin korrupsiya və rəqəmsallaşma ilə mübarizə olacaq "Mən partiyalardan asılı olmayan, lakin partiyalarla müzakirə etmək üçün lazımi təcrübəyə malik olan şəxsi seçdim, çünki bunun üçün konsensus və siyasi təcrübə lazımdır. Siyasi partiyalardan da eyni məsuliyyəti gözləyirəm", - Dan deyib Öz növbəsində Tomac Rumıniya parlamentinə mütəxəssislərdən ibarət komanda təqdim edəcəyini bildirib - siyasi deyil, texniki hökumət Rumıniya hökumətinin yeni təyin olunmuş rəhbəri deyib: “Biz Avropa ailəsinə mənsub olmaq, NATO-dakı rolumuzu prioritet olmaqla, ABŞ ilə strateji tərəfdaşlığı, bütövlükdə transatlantik əlaqələrimizi gücləndirmək kimi nəzərdə tutulan istiqamətə sadiq qalacağıq” Əlavə edirik ki, Eugen Tomacın yeni kabineti formalaşdırmaq və parlament partiyalarını ona etimad səsverməsi verməyə razı salmaq üçün 10 gün vaxtı olacaq Mayın 5-də Rumıniya parlamenti sərt islahatlara görə İlie Boloyan hökumətinə etimadsızlıq səsverməsini dəstəkləyib. Prezident Nikusor Dan yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə başlayıb

Kaynak: haqqin.az

Diğer Haberler