Rostov-na-Donuda PUA hücumundan sonra logistika mərkəzi fəaliyyətini dayandırıb - VİDEO
Rostov-na-Dondakı "TD Elektrotekhmontazh" ASC-nin logistika mərkəzi pilotsuz uçuş aparatının hücumundan sonra işi müvəqqəti dayandırıb Bu barədə ASTRA məlumat yayıb TD Elektrotekhmontazh ASC elektrik avadanlıqları, sənaye avadanlıqları və mühəndislik sistemlərinin böyük federal distribyutorudur

Rostov-na-Dondakı "TD Elektrotekhmontazh" ASC-nin logistika mərkəzi pilotsuz uçuş aparatının hücumundan sonra işi müvəqqəti dayandırıb Bu barədə ASTRA məlumat yayıb TD Elektrotekhmontazh ASC elektrik avadanlıqları, sənaye avadanlıqları və mühəndislik sistemlərinin böyük federal distribyutorudur. Şirkətin məlumatına görə, PUA-nın zərbəsi anbar kompleksinə və inzibati binaya ziyan vurub. Gecə növbəsinin işçiləri təxliyə edilib, xəsarət alan olmayıb İndi ETM digər paylama mərkəzləri vasitəsilə təchizat logistikasını yenidən strukturlaşdırır. Bundan əvvəl Rostov-na-Donuda baş verən hücumdan sonra “Empils” boya və lak materialları zavodunun və Radar elmi-texniki mərkəzinin filialının ərazisində də yanğınlar baş vermişdi


