Xırdalan dairəsi ərazisində böyük yol ötürücüsünün tikintisi nəzərdə tutulub
Xırdalan dairəsinin yaxınlığında, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yol ötürücüsünün tikintisi nəzərdə tutulub Bunu “Report”a müsahibəsində Azərbaycan Quru Nəqliyyatı Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib Onun sözlərinə görə, bu layihə vasitəsilə

Xırdalan dairəsinin yaxınlığında, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yol ötürücüsünün tikintisi nəzərdə tutulub Bunu “Report”a müsahibəsində Azərbaycan Quru Nəqliyyatı Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib Onun sözlərinə görə, bu layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı-Şamaxı yoluna yönələcək “Bu baxımdan, iki böyük yol ötürücüsünün bir-birindən çox yaxın məsafədə yerləşdirilməsi həm texniki baxımdan, həm də təhlükəsizlik baxımından qəbuledilməz hesab olunur”, - deyə o vurğulayıb R.Rzayev qeyd edib ki, hazırda Bakı-Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ərazisində müşahidə olunur: "Tunel sərbəst olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmir, bu səbəbdən də hərəkətin əsas istiqaməti kəsilib. Bu problemi həll etmək üçün əlavə zolağın çəkilməsi nəzərdə tutulub" O, həmçinin vurğulayıb ki, dövlət proqramında M4 avtomobil yolundan Xırdalan şəhərinə 3 alternativ girişin yaradılması nəzərdə tutulub: “Yəni Bakı-Şamaxı yolundan yeni birləşmələr vasitəsilə şəhərə giriş təmin olunacaq ki, bu da M1 Bakı-Sumqayıt yolunda, xüsusən də Xırdalan dairəsində yükü xeyli azaldacaq” Müsahibənin tam mətni ilə burada tanış olmaq olar


