Tenqri
Ana Səhifə
Dünya

WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib - FOTO

BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib AZƏRTAC xəbər verir ki, assambleyada uşaq və gənclərin şəhərsalma prosesində iştirakının genişləndirilməsi, təhlükəsiz və əlçatan yaşayış mühitinin yaradılması, şəhərlərin gələcəyinin birg

0 baxışcaliber.az
WUF13 çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib - FOTO
Paylaş:

BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib AZƏRTAC xəbər verir ki, assambleyada uşaq və gənclərin şəhərsalma prosesində iştirakının genişləndirilməsi, təhlükəsiz və əlçatan yaşayış mühitinin yaradılması, şəhərlərin gələcəyinin birgə qurulması məsələləri müzakirə edilib Qeyd olunub ki, 2050-ci ilə qədər dünya uşaq və gənclərinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Hazırda onların əhəmiyyətli bir hissəsi qeyri-rəsmi qəsəbələrdə və əhalinin sıx məskunlaşdığı ərazilərdə mənzil problemi ilə üzləşir. Qeyd edilib ki, bu problemlərin həlli üçün yerli şəraitə uyğunlaşdırılmış yanaşmalar vacibdir Yığıncaqda mənzillərin təkcə yaşayış yeri deyil, həm də təhlükəsizliyin, sağlamlığın və sosial rifahın mühüm amili olduğu vurğulanıb. Tədbirdə gənclərin həyata keçirdiyi təşəbbüslər və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər müzakirə olunub Dəstəkləyici mənzil siyasətinə, şəhərsalma islahatlarına, gənclərin şəhərsalmada iştirakına və gələcək nəsillər üçün əlverişli mənzil təminatına xüsusi diqqət yetirilib Assambleyanın yekununda uşaq və gənclərin mənzil imkanlarının genişləndirilməsi və şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əməkdaşlığın gücləndirilməsi üçün təkliflərin hazırlanmasının vacibliyi vurğulanıb

Kaynak: caliber.az

Diğer Haberler

В Рамках WUF13 состоялась Ассамблея детей и молодежи - ФОТО | Tenqri