WUF13 ərəfəsində “Hamı üçün imkanlar” sosial layihəsinin bağlanış mərasimi keçirildi
Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ərəfəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (BMT-nin İnsan Məskənləri Proqramı) birgə təşəbbüsü olan Azərbaycan Şəhər Kampaniyası (AUC2026) çərçivəsində təşkil olunan “Hamı üçün imkanlar” sosial layihəsinin bağlanış mərasimi keçirilib "

Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ərəfəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (BMT-nin İnsan Məskənləri Proqramı) birgə təşəbbüsü olan Azərbaycan Şəhər Kampaniyası (AUC2026) çərçivəsində təşkil olunan “Hamı üçün imkanlar” sosial layihəsinin bağlanış mərasimi keçirilib "Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib “Tədbirdə dövlət və özəl strukturların nümayəndələri - layihə tərəfdaşları, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən proqrama cəlb olunmuş əlilliyi olan gənclər iştirak ediblər”, - məlumatda deyilir Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov WUF13 proqramı və onun gündəliyində duran yeni məsələlər barədə danışıb. O qeyd edib ki, forum çərçivəsində yüksək vəzifəli dövlət rəsmilərinin və şəhərsalma sahəsinin rəhbərlərinin iştirakı ilə BMT və Azərbaycan hökuməti tərəfindən təşkil olunacaq xüsusi sessiyalar və dəyirmi masalar “İnsan məskənləri hamı üçün: təhlükəsiz və dayanıqlı şəhərlər” məqsədinə xidmət edəcək O, həmçinin vurğuladı ki, “Hamı üçün imkanlar” layihəsi forumun prioritetlərinə uyğun olaraq şəhərsalmada inklüzivliyin təşviqini gücləndirir Bundan əlavə, qeyd olunub ki, əlçatan, təhlükəsiz və insan yönümlü şəhər mühitinin formalaşdırılması dayanıqlı şəhər inkişafına yanaşmanın əsas istiqamətlərindən biridir


