Tenqri
Ana Səhifə
Dünya

ABŞ-İran müzakirəçiləri Pakistanda gözləyir

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərinin danışıqlar üçün İslamabada gələcəyini bildirib, Associated Press xəbər verir Şərif Pakistanın hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynadığını deyib və xarici işlər naziri İshaq Dar və ordu rəisi Asim Munir də daxil o

0 baxışhaqqin.az
ABŞ-İran müzakirəçiləri Pakistanda gözləyir
Paylaş:

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərinin danışıqlar üçün İslamabada gələcəyini bildirib, Associated Press xəbər verir Şərif Pakistanın hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynadığını deyib və xarici işlər naziri İshaq Dar və ordu rəisi Asim Munir də daxil olmaqla, komandasının ABŞ və İran liderləri ilə davamlı diplomatik əlaqədə olmasının əməyini qiymətləndirib O, atəşkəsi daha geniş sülhə doğru “ilk addım” adlandırıb və ümid edib ki, İslamabadda keçiriləcək danışıqlar kövrək atəşkəsin davamlı nizamlanmaya çevrilməsinə kömək edəcək "Müharibənin qarşısı müvəqqəti alındı, lakin bu, mühüm başlanğıcdır", - Şərif deyib O, ABŞ və İranı kimin təmsil edəcəyini və nümayəndə heyətlərinin nə vaxt gələcəyini dəqiqləşdirməyib Aprelin 8-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumların iki həftə müddətinə dayandırıldığını elan edib ABŞ-ın ardınca İran və İsrail iki həftəlik atəşkəslə razılaşıb Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ və İran arasında sülh danışıqları İslamabadda keçiriləcək və aprelin 11-i şənbə günü səhər başlayacaq.Onun sözlərinə görə, Amerika nümayəndə heyətinə vitse-prezident J.D.Vens, xüsusi elçi Stiv Vitkoff və prezident Donald Trampın kürəkəni Jared Kuşner daxildir

Kaynak: haqqin.az

Diğer Haberler