Pakistanda təhsil mərkəzinin damı uçub, uşaqlar ölüb
Pakistanın Lahor şəhərində təhsil mərkəzinin damının uçması nəticəsində 14 uşaq həlak olub, yerli telekanal Ary News xəbər verir Qurbanların ən kiçiyinin beş, ən böyüyünün isə 16 yaşı var idi Ary News-un məlumatına görə, çökmə zamanı mərkəzdə təxminən 35 uşaq olub; Dağıntılar altından 20 uşaq və

Pakistanın Lahor şəhərində təhsil mərkəzinin damının uçması nəticəsində 14 uşaq həlak olub, yerli telekanal Ary News xəbər verir Qurbanların ən kiçiyinin beş, ən böyüyünün isə 16 yaşı var idi Ary News-un məlumatına görə, çökmə zamanı mərkəzdə təxminən 35 uşaq olub; Dağıntılar altından 20 uşaq və bir müəllim xilas edilib. On iki uşaq xəstəxanaya yerləşdirilib. Pakistan Səhiyyə Nazirliyinin sözçüsü Faruk Əhmədin sözlərinə görə, onların vəziyyəti ağırdır Polis iki qardaşı - təlim mərkəzinin sahiblərini həbs edib. Ehtiyatsızlıq faktı üzrə ümumilikdə 5 nəfər saxlanılıb, daha bir ortaq sahibinin axtarışları davam etdirilir İlkin məlumatlara görə, çökməyə səbəb birmərtəbəli binanın damında aparılan tikinti işləri ola bilərdi - ora torpaq və digər materiallar əlavə edilib ki, bu da strukturun yükünü artırıb


