Nigeriyada yüzlərlə İslam yaraqlısı məhkum edildi
Nigeriyada bu həftə paytaxt Abucada keçirilən kütləvi məhkəmə prosesindən sonra 400-ə yaxın yaraqlı günahkar bilinib “Reuters”in məlumatına görə, bu barədə baş prokuror Lətif Fəqbəmi məlumat verib Onun sözlərinə görə, son proseslərdə 508 iş Federal Ali Məhkəməyə göndərilib. Nəticədə 386 iş üzrə

Nigeriyada bu həftə paytaxt Abucada keçirilən kütləvi məhkəmə prosesindən sonra 400-ə yaxın yaraqlı günahkar bilinib “Reuters”in məlumatına görə, bu barədə baş prokuror Lətif Fəqbəmi məlumat verib Onun sözlərinə görə, son proseslərdə 508 iş Federal Ali Məhkəməyə göndərilib. Nəticədə 386 iş üzrə hökm çıxarılıb, 8 iş üzrə xitam verilib, 2 iş üzrə bəraət hökmü çıxarılıb, daha 112 iş üzrə icraat təxirə salınıb Məhkəmələr Boko Haram və ISWAP qrupları ilə əlaqəsi olan şübhəliləri əhatə edir və 2000-dən çox təqsirləndirilən şəxsin iştirakı ilə 2017-ci ildə başlanmış daha geniş ədalət kampaniyasının bir hissəsidir Məhkəmələr 5 il həbsdən ömürlük həbsə qədər cəzalar təyin ediblər. Məhkumların sonradan cəmiyyətə inteqrasiyası üçün reabilitasiya və deradikalizasiya proqramlarının keçirilməsi də nəzərdə tutulur 2009-cu ildə ölkənin şimal-şərqində başlayan "Boko Haram" qiyamları on minlərlə insanın ölümünə, 2 milyondan çox insanın didərgin düşməsinə səbəb olub. Qrup 2014-cü ildə Çibokda məktəbli qızların qaçırılmasından sonra geniş şöhrət qazanmışdı Prosesləri beynəlxalq müşahidəçilər, o cümlədən BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin, Amnesty International və Nigeriya Vəkillər Kollegiyasının nümayəndələri izləmişlər Məhkəmələrin növbəti mərhələsi mayın sonunda gözlənilir


