Tehran səmasında Mi-28 helikopterləri görünüb
Military Watch Magazine (MWM) yazır ki, İran Hərbi Hava Qüvvələri Tehran üzərində uçmaq üçün iki Rusiya Mi-28 hücum helikopterini yerləşdirib MWM qeyd etdiyi kimi, uçuş İranın arsenalında hələ də təyyarələrin olduğunu göstərmək məqsədi daşıyır. Ekspertlər hesab edir ki, ABŞ və İsrailin bir ay dava

Military Watch Magazine (MWM) yazır ki, İran Hərbi Hava Qüvvələri Tehran üzərində uçmaq üçün iki Rusiya Mi-28 hücum helikopterini yerləşdirib MWM qeyd etdiyi kimi, uçuş İranın arsenalında hələ də təyyarələrin olduğunu göstərmək məqsədi daşıyır. Ekspertlər hesab edir ki, ABŞ və İsrailin bir ay davam edən intensiv bombardmanlarından sonra İranın bahalı helikopterlərin xidmətdə olması ölkənin döyüş qabiliyyətinin davamlılığından xəbər verir MWM yazır ki, Mi-28-lər İranın yeganə döyüş helikopterləridir. Onlar döyüşdə istifadə olunmayıb, lakin potensial olaraq ABŞ və İsrailə qarşı mübarizəyə töhfə verə bilər. Xüsusilə, onlar pilotsuz təyyarələrin və raketlərin hücumlarını dəf etmək üçün istifadə edilə bilər Daha əvvəl “Financial Times” yazıb ki, Tehran və Moskva ötən il İsraillə müharibə zamanı ciddi zədələnmiş hava hücumundan müdafiə sistemlərinin bərpası üçün 500 milyon avro dəyərində silah tədarükünə dair məxfi razılaşma əldə ediblər. FT həmçinin qeyd edib ki, müqavilənin bir hissəsi kimi Rusiya İrana altıya qədər Mi-28 hücum helikopteri göndərib, onlardan biri bu ilin fevralında istifadə edilib

.webp&w=2048&q=70)
