Tenqri
Ana Səhifə
Dünya

Səhiyyə Nazirliyi Tibb İşçiləri Gününü qeyd edir

İyunun 17-də Azərbaycanda Tibb İşçiləri Günü qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə təsis edilmiş bu əlamətdar tarixlə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir Səhiyyə naziri Teymur Musayev peşə bayramı münasibətilə na

0 baxışhaqqin.az
Səhiyyə Nazirliyi Tibb İşçiləri Gününü qeyd edir
Paylaş:

İyunun 17-də Azərbaycanda Tibb İşçiləri Günü qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə təsis edilmiş bu əlamətdar tarixlə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir Səhiyyə naziri Teymur Musayev peşə bayramı münasibətilə nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri ilə birlikdə Fəxri dəfn xiyabanını ziyarət edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət və elm xadimi Əziz Əliyevin, eləcə də görkəmli alim Tamerlan Əliyevin məzarları da ziyarət olunub. Onların xatirəsi dərin ehtiramla yad edilib Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət adət-ənənələrinə, o cümlədən səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub

Kaynak: haqqin.az

Diğer Haberler