Energetika Nazirliyi Daşkənddə elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbini açıqlayıb
Özbəkistan, Daşkənd – AN Podrobno.uz. Energetika Nazirliyi bu gün günorta saatlarında paytaxtın bir sıra rayonlarında baş vermiş irimiqyaslı elektrik enerjisinin kəsilməsinə münasibət bildirib İdarədən verilən məlumata görə, saat 12:41-də Daşkənd İstilik Elektrik Stansiyasının (İES) transformatorun

Özbəkistan, Daşkənd – AN Podrobno.uz. Energetika Nazirliyi bu gün günorta saatlarında paytaxtın bir sıra rayonlarında baş vermiş irimiqyaslı elektrik enerjisinin kəsilməsinə münasibət bildirib İdarədən verilən məlumata görə, saat 12:41-də Daşkənd İstilik Elektrik Stansiyasının (İES) transformatorunda texniki nasazlıq baş verib. Məhz bu hadisə Mirabad, Yunusabad, Mirzə-Uluqbəy, Şeyxantaxur və Almazar rayonlarının bəzi yerlərində sakinlərin və ticarət obyektlərinin müvəqqəti işıqsız qalmasına səbəb olub Qəzanın lokallaşdırılması üçün energetiklərə 20 dəqiqə vaxt lazım olub - saat 13:01-də İES-də yaranmış nasazlıq tam aradan qaldırılıb. Hazırda nazirliyin mütəxəssisləri tərəfindən istehlakçılara qoşulma işləri mərhələli şəkildə həyata keçirilir və yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi adi qaydada bərpa edilir


