Meksikada bir evə silahlı hücum: 10 ölü
Meksikanın Puebla əyalətinin Tehuitzinqo bələdiyyəsində nəqliyyat sektoru ilə əlaqəli bir ailənin evinə silahlı hücum nəticəsində biri uşaq olmaqla azı 10 nəfər həlak olub Kalibre.Az xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hadisədən sonra ordu, federal polis və Milli Qvardiya cinayətkarların

Meksikanın Puebla əyalətinin Tehuitzinqo bələdiyyəsində nəqliyyat sektoru ilə əlaqəli bir ailənin evinə silahlı hücum nəticəsində biri uşaq olmaqla azı 10 nəfər həlak olub Kalibre.Az xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hadisədən sonra ordu, federal polis və Milli Qvardiya cinayətkarların tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb və prokurorluq hücumla mütəşəkkil cinayətkar qruplaşmalar arasında mümkün əlaqəni araşdırır Puebla ştatının İctimai Təhlükəsizlik Katibliyindən verilən açıqlamaya görə, hücum nəticəsində biri uşaq olmaqla azı 10 nəfər həlak olub. Bildirilir ki, hadisə səhər saatlarında silahlı şəxslərin rayonun nəqliyyat sektorunda əli olduğu deyilən bir ailənin evinə basqın edərək ailə üzvlərinə atəş açması nəticəsində baş verib Puebla prokurorluğu bildirib ki, yerli sakindən birinin zəngindən sonra hadisə yerinə polis göndərilib və orada güllə yaraları olan bir neçə nəfər aşkar edilib. Prokurorluğun məlumatına görə, 9 nəfər hadisə yerində, bir qadın isə xəstəxanaya aparılarkən ölüb


