Fövqəladə Hallar Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edib - foto; video
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihənin idarə olunması və t

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihənin idarə olunması və təhsil məsələləri üzrə Baş İdarəsinin nümayəndələri, Sumqayıt regional mərkəzinin və nazirliyin regionda fəaliyyət göstərən digər strukturlarının əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər Əvvəlcə ümummilli liderin anadan olmasının 103-cü ildönümü şərəfinə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzindən başlayan veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional mərkəzinin binası qarşısında başa çatıb Sonra tədbir iştirakçıları ümummilli liderin Mərkəzin inzibati binasındakı büstü önünə gül dəstələri düzmüş, görkəmli rəhbərin xatirəsini dərin ehtiramla yad etmiş, kitab sərgisi ilə tanış olmuşlar Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Sumqayıt regional mərkəzinin rəisi, polis polkovniki Vaqif Fətullayev, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və maarifləndirmə məsələləri üzrə Baş İdarəsinin rəis müavini Gündüz Qəmzəyev və digər natiqlər çıxış ediblər. Onlar ümummilli lider Heydər Əliyevin xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən, zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən danışıblar Bildirilib ki, əsası ümummilli lider tərəfindən Azərbaycanın inkişafına yönəlmiş səmərəli dövlət siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilir. Məhz bunun sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Sonra iştirakçılar Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional mərkəzinin və digər yerli bölmələrinin xüsusi texnika və avadanlıqları ilə tanış olublar Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil olunub, qaliblər fəxri fərmanlarla təltif olunublar İştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxıblar Tədbirin sonunda iştirakçılar ümummilli liderin anadan olmasının 103-cü ildönümü şərəfinə Mərkəzin ərazisində 103 ağac, o cümlədən müxtəlif gül kolları və bəzək bitkiləri əkiblər. Bundan əlavə, 103 rəqəmi şəklində gül kompozisiya yaradılıb. Mərasim 103 şarın səmaya buraxılması ilə başa çatıb


