NATO ölkələrinin parlamentariləri Latviyada görüşəcək
Bu gün Latviyanın paytaxtı Riqada NATO Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir Bu barədə “Delfi” Seymin mətbuat xidmətinə istinadən xəbər verir Tədbirdə NATO-ya üzv ölkələrin 30-dan çox parlamentinin nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. İştirakçılara Seymin spikeri

Bu gün Latviyanın paytaxtı Riqada NATO Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir Bu barədə “Delfi” Seymin mətbuat xidmətinə istinadən xəbər verir Tədbirdə NATO-ya üzv ölkələrin 30-dan çox parlamentinin nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. İştirakçılara Seymin spikeri Daiga Mieriņa çıxış edəcək və o, Assambleyanın prezidenti Markos Perestrello ilə də görüş keçirəcək İclasın gündəliyinə Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avro-Atlantik təhlükəsizliyə təsiri, həmçinin Arktika regionunun əhəmiyyəti də daxil olmaqla əsas təhlükəsizlik məsələlərinin müzakirəsi daxildir İştirakçılar həmçinin xarici işlər naziri Baiba Braje ilə fikir mübadiləsi aparacaq, Ukraynanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernevlə görüşəcək və Adazidəki hərbi bazaya baş çəkəcəklər Latviya nümayəndə heyətinin rəhbəri Raimonds Berqmanis qeyd etdiyi kimi, gündəlikdə beynəlxalq təhlükəsizlik sahəsində mövcud çağırışlar öz əksini tapıb


