Qırğızıstanda Çindən gətirilən 30 min bəzək tingi məhv edilib
Çindən Özbəkistana göndərilən, əvvəllər Özbəkistan tərəfi tərəfindən qəbul edilməyən 30 min ədəd bəzək tinginin Qırğızıstan ərazisinə gətirilməsinə cəhd edilib Mütəxəssislər fitosanitar nəzarəti zamanı yükü müşayiət edən fitosanitar sertifikatın saxta olduğunu müəyyən ediblər Məhsulların saxta s

Çindən Özbəkistana göndərilən, əvvəllər Özbəkistan tərəfi tərəfindən qəbul edilməyən 30 min ədəd bəzək tinginin Qırğızıstan ərazisinə gətirilməsinə cəhd edilib Mütəxəssislər fitosanitar nəzarəti zamanı yükü müşayiət edən fitosanitar sertifikatın saxta olduğunu müəyyən ediblər Məhsulların saxta sənədlərlə daşınması ölkənin fitosanitar təhlükəsizliyinə ciddi təhlükə yaradır. Yükün göndəriciyə qaytarılması mümkün olmadığından daşınma ilə bağlı müvafiq fitosanitar tədbirlər görülüb, tinglər tamamilə məhv edilib Oş Kimyəviləşdirmə, Bitki Mühafizəsi və Karantin İdarəsi karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının qarşısının alınması və Qırğızıstan Respublikasının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində işləri davam etdirir


