Qırğızıstanda patrul avtomobilləri avtomobil idarə edərkən yol hərəkəti qaydalarının pozulmasını aşkar edə biləcək (video)
Qırğızıstanda patrul avtomobilləri yeni “Oracle-Insight” aparat-proqram kompleksi ilə təchiz olunmağa başladı. Sistem real vaxt rejimində, o cümlədən patrul maşınının hərəkəti zamanı yol hərəkəti qaydalarının pozulmasını avtomatik aşkarlamağa imkan verir Yeni avadanlıqları Dövlət Yol Hərəkəti Təhlü

Qırğızıstanda patrul avtomobilləri yeni “Oracle-Insight” aparat-proqram kompleksi ilə təchiz olunmağa başladı. Sistem real vaxt rejimində, o cümlədən patrul maşınının hərəkəti zamanı yol hərəkəti qaydalarının pozulmasını avtomatik aşkarlamağa imkan verir Yeni avadanlıqları Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəisi Azenbek Kozukeev təqdim edib İdarənin mətbuat xidmətindən verilən məlumata görə, kompleksdə pozuntuların foto və video çəkilişi aparılır. O, sürət həddini aşmaq, qarşıdan gələn zolaqlara çıxmaq, dayanma və parklanma qaydalarının pozulması, avtomobil idarə edərkən mobil telefondan istifadə, təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etmək kimi halları aşkar edə bilir Bundan əlavə, sistem nəqliyyat axını və yol şəraitini təhlil edir Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən qeyd ediblər ki, kompleksin əsas özəlliyi patrul avtomobili hərəkətdə olarkən qayda pozuntularının birbaşa qeydə alınmasıdır. Bu, yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin səmərəliliyini artırmalıdır Yaxın vaxtlarda xidmətin bütün patrul avtomobillərinin analoji sistemlərlə təchiz edilməsi planlaşdırılır


