Qırğızıstanda 16 cildlik “Qırğızların tarixi” nəşr olunacaq
Qırğızıstanda 16 cildlik “Qırğızların tarixi” nəşri işıq üzü görəcək. Bu barədə prezident administrasiyası məlumat yayıb Bu gün, iyunun 11-də Bişkekdə aparıcı tarixçi alimlərin, Milli Elmlər Akademiyasının əməkdaşlarının, elm və təhsil ictimaiyyətinin nümayəndələrinin, eləcə də layihə qrupunun işti

Qırğızıstanda 16 cildlik “Qırğızların tarixi” nəşri işıq üzü görəcək. Bu barədə prezident administrasiyası məlumat yayıb Bu gün, iyunun 11-də Bişkekdə aparıcı tarixçi alimlərin, Milli Elmlər Akademiyasının əməkdaşlarının, elm və təhsil ictimaiyyətinin nümayəndələrinin, eləcə də layihə qrupunun iştirakı ilə növbəti toplantı keçirilib Hazırda ilk yeddi cildin yaradılması üzərində iş gedir. Dövlət katibi Arslan Koyçiyevin sözlərinə görə, “Qırğızıstanın tarixi” layihəsi müasir elmi yanaşmalara və mənbələrə əsaslanan fundamental akademik işlərin yaradılmasına yönəlmiş mühüm dövlət və elmi vəzifədir. Çoxcildlik tarix elminin inkişafına, tarixi yaddaşın möhkəmləndirilməsinə mühüm töhfə olmalıdır Layihə Qırğızıstanda milli tarix elminin inkişafında əsas addımlardan biri hesab olunur


