Qırğızıstanda sel zamanı itən məktəblini axtarırlar
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi İssık-Kul vilayətində sel zamanı itən məktəblinin axtarışlarını davam etdirir. Sputnik Qırğızıstan xəbər verir ki, 200-ə yaxın xilasedici, polis əməkdaşı, mülki müdafiə mütəxəssisləri və yerli sakinlər növbə ilə işləyir Balıqçı-Ananyevo-Karakol avtomobil yo

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi İssık-Kul vilayətində sel zamanı itən məktəblinin axtarışlarını davam etdirir. Sputnik Qırğızıstan xəbər verir ki, 200-ə yaxın xilasedici, polis əməkdaşı, mülki müdafiə mütəxəssisləri və yerli sakinlər növbə ilə işləyir Balıqçı-Ananyevo-Karakol avtomobil yolunun təmizlənməsi davam edir. 14 ədəd xüsusi texnika işləyir "Palçıq nəticəsində itkin düşmüş vətəndaşın axtarışları davam etdirilir. Hələlik heç bir nəticə yoxdur, daha sonra əlavə məlumat veriləcək", - nazirlikdən bildiriblər İyunun 5-də saat 20.00 radələrində yağan güclü yağış nəticəsində dağın yamacı uçub. Enən kütlə sellə qarışaraq Balıqçı-Ananyevo-Karakol yolunun 92-ci kilometrliyini bağlayıb. Palçıq kütləsi “Mercedes-Benz Sprinter” və “Ford Mondeo” markalı avtomobilləri, həmçinin iki nəfəri əhatə edib Xilasetmə əməliyyatlarına 287 nəfər cəlb olunub. Saat 23:35-də 18 yaşlı oğlanın meyiti tapılıb Eləcə də oxu: Şərqi Qazaxıstan vilayətində 11 yaşayış məntəqəsinin sakinlərinə təhlükə yaradan sellə bağlı xəbərdarlıq edilib Informburo.kz saytından əlaqəli mövzularda xəbərlər və materiallar


