Kəlbəcərdə Azərbaycan ordusunun iki hərbçisi dərəyə düşüb, onlardan biri ölüb
Azərbaycan Ordusunun hərbçiləri Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu Kəlbəcər rayonunun Ömər aşırımında xidmət apararkən qarlı və buzlu ərazi şəraiti səbəbindən sürüşərək dərəyə düşüblər Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir “Xəsarə

Azərbaycan Ordusunun hərbçiləri Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu Kəlbəcər rayonunun Ömər aşırımında xidmət apararkən qarlı və buzlu ərazi şəraiti səbəbindən sürüşərək dərəyə düşüblər Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir “Xəsarət alan hərbi qulluqçu Osmanov İlyas Coşqun oğluna dərhal ilkin tibbi yardım göstərilib, sonra yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabil qiymətləndirilir Təəssüflə nəzərinizə çatdırırıq ki, ağır bədən xəsarətləri alan Mənsimli Rəcəb Miriş oğlunu xilas etmək mümkün olmayıb Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür, yaralanan hərbçiyə tezliklə şəfa diləyir”, - Müdafiə Nazirliyinin məlumatında deyilir Faktla bağlı araşdırma aparılır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


