Çində avtomobil istehsalı və satışı kəskin artıb
2026-cı ilin mart ayında Çində həm avtomobil istehsalı, həm də satış həcmi fevral ayı ilə müqayisədə nəzərəçarpacaq artım göstərib Xinhua agentliyinin məlumatına görə, bunu Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) dərc etdiyi məlumatlar sübut edir CAAM məlumatlarına görə, mart ayında

2026-cı ilin mart ayında Çində həm avtomobil istehsalı, həm də satış həcmi fevral ayı ilə müqayisədə nəzərəçarpacaq artım göstərib Xinhua agentliyinin məlumatına görə, bunu Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) dərc etdiyi məlumatlar sübut edir CAAM məlumatlarına görə, mart ayında avtomobil istehsalı 2,92 milyon ədəd, avtomobil satışları isə aylıq müvafiq olaraq 74,4% və 60,6% artaraq 2,9 milyon ədəd təşkil edib Mart ayında ölkədə yeni enerji daşıyıcılarının (NEV) istehsalı və satışı müvafiq olaraq 1,23 milyon və 1,25 milyon ədəd təşkil edib Assosiasiyanın məlumatına görə, cari ilin birinci rübündə avtomobil istehsalı 7,04 milyon ədədə, onların satışı isə 7,05 milyon ədəd təşkil edib Eyni dövrdə NEV avtomobillərinin istehsalı və satışı müvafiq olaraq 2,97 milyon ədəd və 2,96 milyon ədəd olmuşdur CAAM-ın icraçı katibinin müavini Çen Şihua bildirib ki, bu ilin ikinci rübündə genişmiqyaslı avadanlığın təkmilləşdirilməsi proqramları və istehlak mallarının alqı-satqısı öz effektivliyini göstərməyə davam edəcək, eyni zamanda Pekin Beynəlxalq Avtomobil Sərgisi bazar sürətini saxlamağa və avtomobil istehlakını artırmağa kömək edəcək bir sıra yeni modelləri təqdim edəcək

.webp&w=2048&q=70)
