Qazaxıstan 2026-cı ildə hərbi parad keçirməkdən imtina edir
İdarədən verilən məlumata görə, ənənəvi parad əvəzinə bir sıra hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bunlara şücaət dərsləri, hərbi qulluqçuların və veteranların şərəfləndirilməsi, ekoloji tədbirlər, hərbi orkestrlərin yürüşləri, yaradıcı kollektivlərin çıxışları, eləcə də

İdarədən verilən məlumata görə, ənənəvi parad əvəzinə bir sıra hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bunlara şücaət dərsləri, hərbi qulluqçuların və veteranların şərəfləndirilməsi, ekoloji tədbirlər, hərbi orkestrlərin yürüşləri, yaradıcı kollektivlərin çıxışları, eləcə də hərbi texnika və silahların sərgiləri daxildir Bundan əlavə, ölkənin müxtəlif bölgələrində “Əsgər sıyığı” aksiyaları və açıq qapı günləri keçiriləcək Müdafiə Nazirliyi paradın bu il keçirilməməsi qərarının qəti olduğunu vurğulayıb Qeyd edək ki, əvvəlki illərdə əlamətdar tarixlərin şərəfinə paradlar keçirilirdi. Belə ki, 2025-ci ildə Astanada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş minlərlə hərbçinin, yüzlərlə texnikanın və aviasiyanın iştirakı ilə genişmiqyaslı tədbir keçirilib


