Qarşi rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib (video)
Kaşkədərya vilayətinin Qarşi rayonunda məişət qazı balonlarının mayeləşdirilmiş qazla doldurulma məntəqəsində partlayış baş verib. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb İlkin məlumata görə, hadisə iyunun 8-də saat 13:50 radələrində Çəmən məhəlləsi ərazisində baş verib. Məlum

Kaşkədərya vilayətinin Qarşi rayonunda məişət qazı balonlarının mayeləşdirilmiş qazla doldurulma məntəqəsində partlayış baş verib. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb İlkin məlumata görə, hadisə iyunun 8-də saat 13:50 radələrində Çəmən məhəlləsi ərazisində baş verib. Məlumat daxil olandan sonra dərhal xilasedicilər hadisə yerinə cəlb olunub Hazırda fövqəladə hallar xidmətləri partlayışın törətdiyi yanğının söndürülməsi istiqamətində iş aparır. Mümkün qurbanlar və dəymiş ziyanla bağlı məlumat hələlik dəqiqləşdirilməyib Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat daha sonra açıqlanacaq Bundan əvvəl Pakistanda bazarda baş verən partlayışda 9 nəfər həlak olub Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


