İranda Buşehr Atom Elektrik Stansiyasının ikinci enerji blokunun tikintisi bərpa olunub
İranda Buşehr Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisi bərpa edilib Lenta.ru xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib Onun sözlərinə görə, ərazidə qalan rusiyalı mütəxəssislər podratçılarla işləyirlər. "Mütəxəssislərimiz müqavilə öhdəliklər

İranda Buşehr Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisi bərpa edilib Lenta.ru xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib Onun sözlərinə görə, ərazidə qalan rusiyalı mütəxəssislər podratçılarla işləyirlər. "Mütəxəssislərimiz müqavilə öhdəliklərimizin yerinə yetirilməsi çərçivəsində artıq podratçılarla fəal qarşılıqlı əlaqədə olublar", - Lixaçev qeyd edib O cümlədən, tikilməkdə olan ikinci atom enerji blokunun binalarının betonlanması və möhkəmləndirilməsi üzrə işlər aparılır


