Hindistanda qadın yeni həyata başlamaq üçün uşağını quyuya atıb
Hindistan sakini yeni həyata başlamaq üçün övladından qurtulsa da, cinayət işində müttəhim olub Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Times of India" qəzetinin yazdığına görə, 22 yaşlı qız birinci ərindən oğlan uşağı dünyaya gətirib, lakin 11 aydan sonra həyata sıfırdan başlamaq qərarına gə

Hindistan sakini yeni həyata başlamaq üçün övladından qurtulsa da, cinayət işində müttəhim olub Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Times of India" qəzetinin yazdığına görə, 22 yaşlı qız birinci ərindən oğlan uşağı dünyaya gətirib, lakin 11 aydan sonra həyata sıfırdan başlamaq qərarına gəlib və bu səbəbdən uşağı torbaya büküb quyuya atıb. Uşaq sağ qalmayıb. Anası isə bu vaxt gizlənərək başqa kişiyə ərə gedib Təxminən bir ay sonra onun birinci əri itkin düşən arvadının başqası ilə şəklini görüb. O, oğlunun ona qaytarılmasını tələb etdi; imtina etdikdən sonra polisə müraciət edib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları körpəni quyuda aşkar ediblər “Qız çantanın içinə daş qoyub ki, üzməsin”, - deyə polis bildirib İlkin olaraq ana uşağın evdə yıxıldığını iddia edib. O, ağır yaralanıb və qadın onu xilas edə bilməyib. Lakin sonradan məlum olub ki, qız oğlunu onun ailə qurmasına imkan verməyən maneə hesab edib, ondan xilas olub. İkinci ər sevgilisinin uşaqları haqqında bilmirdi


