Tenqri
Ana Səhifə
Dünya

Xırdalanda yeni kanalizasiya kollektoru tikilir

Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyi yanında Tikintisi davam edən Obyektlər İdarəsi Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsində kanalizasiya kollektoru

0 baxışhaqqin.az
Xırdalanda yeni kanalizasiya kollektoru tikilir
Paylaş:

Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyi yanında Tikintisi davam edən Obyektlər İdarəsi Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olan Müşfiqabad hövzəsində kanalizasiya kollektorunun tikintisi çərçivəsində işləri davam etdirir Layihə Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı sistemlərinin, yağış və tullantı sularının yaxşılaşdırılmasına dair illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində 17 iyun 2026-cı il tarixində Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev və Rəşid Behbudov küçələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin çəkilişinə başlanacaqdır İşlərin ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulub. Tikinti ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla mərhələli şəkildə aparılacaq Bu işlər yeni kollektorlar vasitəsilə axan tullantı sularının sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsi, habelə su hövzələrinin çirklənməsinin qarşısının alınmasına yönəldiləcəkdir

Kaynak: haqqin.az

Diğer Haberler